Prezident seçkilərində səsvermə başa çatıb
11.04.2018 [19:10]
Xəbərin mətni
Azərbaycanın bütün ərazisində prezident seçkilərində səsvermə saat 19.00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə 215 seçki məntəqəsi yaradılıb.