Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının sonuncu gününə start verilib
15.04.2018 [13:55]
Xəbərin mətni
Aprelin 15-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının sonuncu gününə start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut yarışlarında qaliblər müəyyənləşəcək.