Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub
16.04.2018 [10:20]
Xəbərin mətni
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, həm böyüklər, həm də gənclər arasında keçirilən bu çempionatda 25 ölkədən hər üç növ üzrə ümumilikdə 400-dən çox idmançı mübarizə aparıb.