İDMAN


Formula 1: “Williams” komandasının pilotu Sergey Sirotkin üçüncü sərbəst yürüşdə qəza törədib

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə qəza baş verib. AZƏRTAC xəbər verir ki, “Williams” komandasının pilotu Sergey Sirotkin dönmə hərəkətini düzgün yerinə yetirə bilməyib. O, idarəetməni itirərək bolidini baryerə çırpıb. Nəticədə maşın sıradan çıxıb. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər. Bolid xüsusi texnika ilə trekdən kənarlaşdırılıb.