İDMAN
Bədii gimnastika üzrə 6-cı Dünya Kuboku yarışlarının sonuncu günü qaliblər mükafatlandırılıb
29.04.2018 [19:16]
Xəbərin mətni
Bədii gimnastika üzrə 6-cı Dünya Kuboku yarışlarının sonuncu günü qrup hərəkətləri yarışlarının finalçıları, beş halqa ilə çıxışların, üç top və iki iplə kompozisiyaların qalibləri mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 5 halqa ilə çıxış edən bədii gimnastika üzrə milli komandası Dünya Kuboku turnirində 17.600 xal toplayaraq bürünc medal qazanıb. Bolqarıstan komandası 19,800 xalla birinci, İtaliya millisi 18,000 xalla ikinci yerdə qərarlaşıb.