Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT Baş Assambleyasının komitə iclasında Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları pislənilib

02.05.2018 [11:59]

Xəbərin mətni
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edib, “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibəsi” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.