Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
08.05.2018 [18:18]
Xəbərin mətni
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları Los-Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.