Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-da ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb

09.05.2018 [16:45]

Xəbərin mətni
AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Agentliyin Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə hazırlanmış sərgidə AZƏRTAC-ın arxivində qorunub saxlanılan nadir fotoşəkillər nümayiş olunur. Bu fotolarda Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrləri əksini tapıb.