Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzTA Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir

18.05.2018 [17:07]

Xəbərin mətni
AzTA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın təşkilatçılığı ilə sərgidə 8 yerli turizm şirkəti təmsil olunur. Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar. Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan və Çinin turizm assosiasiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.