RƏSMİ


Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı. Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər. Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi. Prezident İlham Əliyev məzun günündə çıxış etdi.