SİYASƏT


İndoneziyalı jurnalistlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət idarəçiliyində demokratik normaları bərqərar etməsindən, eləcə də Cümhuriyyətin süqutu və Azərbaycanın SSRİ-nin tərkibindəki 70 illik tarixindən danışıb.