Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində AZƏRTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdaşlığın inkişafı istiqamətlərini müzakirə ediblər

31.05.2018 [14:54]

Xəbərin mətni
Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZƏRTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq. AZƏRTAC xəbər verir ki, bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib.