Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına növbəti köçü başlayıb
31.05.2018 [18:19]
Xəbərin mətni
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinin doğma yurdlarına növbəti köçü başlayıb. Cocuq Mərcanlı sakinləri Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, növbəti mərhələdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilən 100 evə köçürülür.