Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti işə başlayıb

09.06.2018 [13:16]

Xəbərin mətni
“Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başladı. Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.