Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin təqdimatı olub

13.06.2018 [20:46]

Xəbərin mətni
İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib. AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.