«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb
18.06.2018 [13:57]
Xəbərin mətni
Qazaxıstan Mədəniyyət və İdman Nazirliynin təşkilatçılığı ilə hər il keçiriləcək dünya səviyyəli müsabiqənin yekun nəticələri açıqlanıb.
Beynəlxalq müsabiqədə Azərbaycanın təmsilçisi əməkdar artist, opera sənətçisi İlham Nəzərov 3-cü yeri qazanıb. Birinci turda İlham Nəzərov Toleqen Muxametjanovun Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələdiyi “Astana mənim şəhərim” (qorod moy Astana) mahnısını ifa edib.