İDMAN


“DÇ 2018”: Fransa dörddəbir finalda YENİLƏNİB

İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə Fransa-Argentina oyunu ilə start verilib. AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən görüşdə Fransa millisi 4:3 hesabı ilə qalib gələrək dörddəbir finalın ilk iştirakçısı olub. Çempionatda ümidləri doğrultmayan Argentina yığma komandası isə mundialla vidalaşıb.