Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən veriliş yayımlayıb

02.07.2018 [19:56]

Xəbərin mətni
Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. AZƏRTAC xəbər verir ki, verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.