Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb

16.07.2018 [13:31]

Xəbərin mətni
İyulun 16-da ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi ilə ABŞ Müdafiə Nazirliyi nəzdindəki Hərbi Donanma Qüvvələri Ali Məktəbinin birgə təşkilatçılığı ilə bir həftəlik regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə simpozium barədə məlumat verib.