Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi açılıb
30.07.2018 [15:28]
Xəbərin mətni
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda iyulun 26-da ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib.