İQTİSADİYYAT


Vüqar Bayramov: Konvensiya Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər gətirəcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi sadəcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artıq zaman tələb etməsi deyil, əslində daha çox anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik və eləcə də iqtisadi inkişafa verəcəyi töhfə ilə əlaqədardır. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.