Ölkə ərazisində toz dumanı müşahidə olunur
30.08.2018 [12:42]
Xəbərin mətni
Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb. Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.