SİYASƏT


Tehranda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 43-cü iclası keçirilir

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər.