Yaponiyada Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük maraq göstərilir
05.09.2018 [15:01]
Xəbərin mətni
Azərbaycanla Yaponiya arasında əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Yaponiyanın 30 şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan yaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında deyib.