“Azərbaycan evi” Ankarada festivalda maraqla ziyarət olunub
10.09.2018 [18:30]
Xəbərin mətni
Ankarada, şəhərin Etiməsqut rayonu bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı keçirilib. Festival çərçivəsində təşkil edilən Azərbaycan gecəsinə böyük maraq göstərilib, tədbirə on minlərlə yerli sakin qatılıb.