SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan ordusu cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törədib, infrastruktura ziyan dəyib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin cəbhə xəttində mülki əhaliyə qarşı törətdiyi təxribatla bağlı bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələri bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törətdikləri bildirilir.