İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17.09.2018 [18:15]
Xəbərin mətni
Ölkəmizə səfərə gəlmiş Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Qoşa qala qapısı meydanından başlayan tanışlıq zamanı qonaqlara Qala divarlarının inşası barədə geniş məlumat verilib.