Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək

18.09.2018 [17:38]

Xəbərin mətni
Noyabrın 25-də Minsk şəhərində keçiriləcək "Avroviziya-2018" uşaq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı təqdim olunub. AZƏRTAC xəbər verir ki, bununla bağlı sentyabrın 18-də İctimai Televiziya və Radio Yayımları Şirkətində mətbuat konfransı keçirilib.