İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib

Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində 17-ci Qərbi Çin Beynəlxalq Sərgisi işlə başlayıb. AZƏRTAC xəbər verir ki, BMT-nin İnkişaf Proqramının dəstəyi və Sıçuan vilayəti hökumətinin təşkilatçılığı ilə keçirilən sərgi əhəmiyyətinə görə Çində ilk onluğa daxildir. Çinin “Bir kəmər, bir yol” strategiyası üçün mühüm əhəmiyyət daşıyan və “Çin yeri erada, Qərbi Çinin yeni uğurları” adlı builki sərgidə yerli iştirakçılarla yanaşı, bir neçə ölkə də təmsil olunub.