Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır
01.10.2026 [20:44]
Xəbərin mətni
Region ölkələri arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Lakin hazırda çatışmayan əsas məqamlardan biri bu əməkdaşlığı sistemli şəkildə əlaqələndirəcək institusional strukturun yaradılmasıdır. Bütün ölkələrin fəaliyyətini yuxarıdan aşağıya deyil, üfüqi müstəvidə əlaqələndirən bir təşkilata ehtiyac var. Mərkəzi Asiyanın bütün ölkələri və Cənubi Qafqazın hər üç dövləti vahid komanda kimi təmsil olunmalıdır. Bunu AZƏRTAC-a açıqlaması zamanı Orta Asiya-Qafqaz İnstitutunun təsisçisi və sədri Frederik Starr bildirib.