Azərbaycanın xarici işlər naziri Macarıstanın “Komandor Xaçı” Ləyaqət Ordeni ilə təltif olunub
28.09.2018 [16:34]
Xəbərin mətni
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.