SİYASƏT


Görkəmli dövlət xadimi Murtuz Ələsgərovun 90 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib

Oktyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.