Qubaya ilk qar yağıb
06.10.2018 [10:17]
Xəbərin mətni
Oktyabrın 6-da Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gecə saatlarından başlayan qarın hündürlüyü Xınalıq kəndində 1 santimetr olub.
Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.
Video: Elxan Yusifli
Video: Elxan Yusifli