İQTİSADİYYAT


Qazaxda yaradılan toxumluq təsərrüfatlar fermerləri yüksək reproduksiyalı buğda ilə təmin edəcək

Dövlətimizin başçısının respublika əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də taxıl istehsalında yüksək məhsuldarlığa nail olmaq üçün verdiyi tapşırıq və tövsiyələr toxumçuluğun inkişafını da zəruri edib. Bu istiqamətdə görülən işlər artıq öz bəhrəsini verir, bölgələrimizdə toxumçuluq üzrə fermer təsərrüfatları yaradılır.