İQTİSADİYYAT


Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi istifadəyə verilib

Dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan dəmir yolunun şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi (TXM) istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Yük daşımaları Departamentinin Şimal vaqon deposuna məxsus olan bu xidmət məntəqəsinin binası müasir üslubda inşa edilərək fəaliyyət üçün hər cür şərait yaradılıb.