İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Uzun illərdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluram. Xüsusilə fındıqçılıq sahəsində təcrübə toplamışam. Hazırda 2 hektar fındıq bağım var. Bu il məhsulumuz boldur, ancaq vaxtında yığmalıyıq ki, xarab olmasın. Yığdığımız məhsulları emal müəssislərinə təhvil veririk. Müəssisə əməkdaşları məhsulumuzu elə qapımızdan götürürlər. Nəqliyyat xərclərini də özləri çəkir, hətta məhsulun yığılmasına da kömək göstərirlər. Qiymətlər də bizi qane edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Oğuzun Kərimli kənd sakini, fermer Söhbət Abdullayev deyib.