İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
15.10.2018 [13:23]
Xəbərin mətni
Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və "BP Azərbaycan"ın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.