Şabranda 9 min hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub
20.10.2018 [15:24]
Xəbərin mətni
Şabran rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlərin 50 faizi yekunlaşıb. Meliorasiya tədbirləri, ümumilikdə, 32 min hektar sahəni əhatə edəcək.