MƏDƏNİYYƏT


Azərbaycan pavilyonu Pekində xeyriyyə yarmarkasında böyük marağa səbəb olub

Pekində keçirilən “Sevgi sərhəd tanımır” adlı ənənəvi xeyriyyə sərgi-yarmarkasında Azərbaycan pavilyonunda təqdim olunan eksponatlar və yeməklər böyük marağa səbəb olub. AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin və Yoxsulluqla Mübarizə Fondunun təşkil etdiyi tədbir müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, mətbəx nümunələrinin, məhsul və malların satışından əldə olunan gəlirin Çində həyata keçirilən humanitar layihələrə yönəldilməsi ilə maddi dəstək məqsədi daşıyıb.