Fransa kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
22.10.2018 [11:23]
Xəbərin mətni
Parisdə səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, SIAL Paris Beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.