CƏMİYYƏT


Badamdar sürüşmə sahəsində torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində aktivlik qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 10:00-a olan nəticəsi açıqlanıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsinin bir hissəsində torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunu