İQTİSADİYYAT


56 şirkətin ölkəyə idxal etdiyi məhsulların təhlükəsiz olduğu məlum olub

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşdə bildirib. Görüşdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən agentliyin sədri ölkəyə təhlükəsiz və beynəlxalq standartlara uyğun qida məhsullarının idxalının qida təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.