Kocaelinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti AZƏRTAC-da olub
02.11.2018 [19:43]
Xəbərin mətni
Azərbaycanda səfərdə olan Türkiyənin Kocaeli vilayətinin Körfəz şəhər bələdiyyəsinin sədri İsmayıl Baranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 2-də AZƏRTAC-da görüş keçirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin böyük tarixə malik olduğunu bildirib.