Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Ukraynadakı səfiri və fəxri konsulu “Qarabağ” komandasının açıq məşqini izləyiblər

08.11.2018 [11:30]

Xəbərin mətni
Səfir A.Xudiyev Azərbaycan və yerli jurnalistlərə açıqlamasında “Qarabağ”ın çətin səfər oyunundan qalib gələcəyinə inandığını bildirib. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda uğurla təmsil etdiyini deyən diplomat oyunda soydaşlarımızın komandamızı fəal şəkildə dəstəkləyəcəklərini vurğulayıb.