İDMAN


Kreyq Ridi: WADA-nın Bakıda keçirilən iclaslarında mühüm qərarlar qəbul olunub

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirirəm. Bu iclaslar çox məhsuldar keçdi və mühüm qərarlar qəbul olundu. AZƏRTAC xəbər verir ki, bunu WADA-nın prezidenti Kreyq Ridi qurumun Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasları ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.