CƏMİYYƏT


"Bakutel-2018" sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur

"Baku Ekspo Mərkəzi"ndə keçirilən "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur. Builki sərgidə dünyanın 20 ölkəsindən 230-dək şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.