Azərbaycan Dövlət İnformasiya Agentliyi

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

13.06.2026 [16:45]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatı (TDT) Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunun keçirilməsi Türk dünyasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm mərhələdir. Bu əlamətdar hadisənin Şuşa şəhərində baş tutması çox rəmzidir və birgə strateji baxışlarımızı əks etdirir. Bu tədbirlərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin TDT-yə sədrlik etdiyi dövrdə baş tutması da əlamətdar bir hadisədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.