Bu il Formula 1 Azərbaycan Qran-Prisini 83 milyon tamaşaçı izləyib
05.12.2018 [17:29]
Xəbərin mətni
Cari ildə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi dünyanın aparıcı kütləvi informasiya vasitələri - İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai dekabrın 5-də jurnalistlərə müsahibəsində deyib.