Nazirlik, komitə və agentliklərin əməkdaşları arasında keçirilən stolüstü tennis turnirinə yekun vurulub
08.12.2018 [19:10]
Xəbərin mətni
Dekabrın 8-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəxsi xarakter daşıyan yarışda 93 kişi və 7 qadın tennisçi qüvvəsini sınayıb.