Azərbaycan Dövlət İnformasiya Agentliyi

“River Pleyt” klubu dördüncü dəfə “Libertadores” kubokunu qazanıb

10.12.2018 [10:14]

Xəbərin mətni
“Libertadores” kuboku uğrunda Argentinanın “River Pleyt” və “Boka Xuniors” klubları arasında final matçının cavab görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Madridin "Santyaqo Bernabeo" stadionunda təşkil olunan oyunda iki əzəli rəqib üz-üzə gəlib. Görüş “River Pleyt” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.